Modern.az

Üç gündən artıq qadınsız yaşaya bilməyən prezident - Məşhurların məşuqələri

Üç gündən artıq qadınsız yaşaya bilməyən prezident - Məşhurların məşuqələri

6 Fevral 2014, 22:48

Modern.az saytı “Məşhurların məşuqələri” rubikasına davam edir. Amerika Birləşmiş Ştatlarının 35-ci prezidenti Con Kennedini amerikalılar  siyasi fəaliyyətindən daha çox eşq macəraları ilə xatırlayırlar. Həyatı sevgi oyunları ilə zəngin olan Kennedi yüzlərlə qadın qəhrəmanlarının yaddaşında Amerikanın ən yaraşıqlı və ən ehtiraslı kişisi kimi qalıb. Amerika lideri öz şəhvətini söndürmək üçün istənilən statusda olan qadınlarla, küçə fahişələrindən tutmuş məşhur xanımlara qədər öz yatağını bölüşməyə hazır olub. Hələ 17 yaşında olarkən Con Kennedi ətrafdakı fahişəxanaların ən sevimli qonağı sayılıb.

Con Kennedi öz sevimli məşğuliyyətini gizli saxlamaq istəsə də buna nail ola bilməyib. Çünki o, bu məşğuliyyətindən zamanından və harda olmasından, xarici səfərlərində, istirahətdə, hətta Ağ evdə də əl çəkə bilməyib. Prezident ehtirasının qurbanları öz xatirələrində bunu bir daha təsdiq edir.

19 yaşlı Mimi Alford Ağ evin mətbuat xidmətində təcrübə keçməyə gəldiyi elə ilk gün prezidentin nəzərindən yayınmayıb. Kennedi xanımı öz kabinetinə çağırtdırıb, ona Ağ evi gəzdirməyi təklif edib. Prezidentin mətbuat xidmətinin gələcək əməkdaşı bu təklifdən təəcüblənsə də təklifdən imtina etməyib. Qısa bir ekskursiyadan sonra Kennedi onu içkiyə qonaq edib. Ağ evlə tanışlığın sonu Kennedinin istirahət otağındakı divanda yekunlaşıb.

Öz ehtirasının qulu olan Con Kennedi həyat yoldaşı Jaklin Kennedinin mətbuat katibi, 21 yaşlı Pamelanı da öz məşuqəsinə çevirməkdən çəkinməyib. 

Kennedinin sevgi macəralarında ən maraqlı faktlardan biri də odur ki, o vaxtilə atasının məşuqəsi olmuş alman aktrisası Marlen Ditrixdən də ehtirasını əsirgəməyib. Yaşca özündən böyük olsa da Kennedi Marlen Ditrixlə yataq zövqündən özünü məhrum etməyib.

Kennedinin məşuqələrindən biri də Jaklinin yaxın rəfiqəsi, Mərkəzi Kəşfiyyat idarəsinin agenti Kordom Meyerin həyat yoldaşı, rəssam Mariya Pinçot olub. O, nüvə silahları və Kuba məsələsi ilə bağlı prezidentə təsir göstərmək gücünə malik olub. 1963-cü ildə Con Kennedi öldürüldükdən sonra Mariya Pinçotun həyatına da böyük təhlükə yaranıb. 1964-cü ilin oktyabrında o da müəmmalı şəkildə qətlə yetirilib. Araşdırmaçıların fikrinə görə Mariya Pinçotda Kennedinin qətli ilə bağlı bəzi məlumatlar olub.

Növbəti məşuqələrindən biri olan Judit Kempbell Con Kennedinin prezident seçilməsində xüsusi fəallıq göstərib. Onların tanışlığı Kennedinin senator olduğu dövrə təsadüf edib. Kempbellin Kennedidən əvvəl tanınmış aktyor Frenk Sinatra və Amerika qantsteri Sem Janka ilə eşq macəraları olub. Seçki kampaniyasında seçicilərə təsir etmək imkanı olan bu tanınmış amerikalıları Kennedinin xeyrinə işləməyi məhz Kempbellin səyi nəticəsində baş tutub.

Kennedinin saysız-hesabsız məşuqələrinin arasında ən iddialısı və səs-küylüsü Hollivud ulduzu, dünya kinosunun seks simvolu sayılan Merilin Monrodur. Monronun iddiası təkcə Kennedi ilə bir yataqda yatmaq yox, çoxları üçün əlçatmaz olan Kennedini bütövlükdə qarşısında ram etmək olub. Tanışlıqlarından qısa müddət keçdikdən sonra Monro Kennedinin həyatında məşuqə olmaqla kifayətlənməyib. Kennedi ona çox inanıb, elə bu inamın müqabilində Monro Kennedinin demək olar ki, bütün şəxsi həyatına daxil olub. Monro Amerikanın birinci xanımı olmaq arzusu ilə yaşayıb. O, birinci xanımlara xas olan bütün qayda-qanunları, xarici səfərlərdə prezidentin yanında necə davranmağı da öyrənib. Bir sözlə Kennedinin qanuni həyat yoldaşı olmaq üçün mümkün olan bütün cəhdləri edib. Hətta bir dəfə birlikdə yataqda olarkən Kennedinin həyat yoldaşı Jaklinə zəng vuraraq prezidentin onunla bir yataqda olduğunu da söyləyib. Jaklin isə həmişə olduğu kimi təmkinini pozmayıb:

- Onda buyurun gəlin Ağ evə və sabahdan bütün problemləri öz üzərinizə götürün.

Monronun hərəkətlərinin qarşısı alınmazsa onun daha nələrə əl atacağını dərk edən Kennedi baş verə biləcəklərin siyasi karyerasına da zərbə olacağını düşünüb və bu münasibətlərdən yavaş-yavaş geri çəkilməyə başlayıb. Hətta Kennedi  Monronu öz qardaşı ilə ünsiyyətdə olmasına şərait yaradıb və elə düşünüb ki, bununla da hər şeyə son qoyulacaq. Ancaq Monro öz iddasından əl çəkməyib. Onun tərəfindən Kennedi ilə bağlı bütün münasibətlərini dünya ictimaiyyətinə çatdıracağı kimi hədələr də səslənib. Kennedi bütün münasibətlərə, telefon zənglərinə, çağırışlara son qoyduqdan sonra içkiyə və psixotrop dərmanlara qurşanan Monro 1962-ci ilin avqustun 5-də vəfat edib. Onun müəmmalı ölümü haqqında hələ bu günə qədər də müxtəlif fikirlər səslənir. Hətta bu ölümdə Kennedi qardaşlarının əlinin olduğu da söylənilir.


Kennedi adminstrasiyasında çalışanlardan biri öz xatirələrində yazır ki, Ağ ev Con Kennedi prezident olduğu dövrdəki kimi bu qədər qadın görməmişdi. Barlarda striptiz göztərənlərdən tutmuş məmur xanımlarına qədər Kennedinin yanında olurdular. Daha sonra qeyd olunur ki, Kennedi intim həyatında keyfiyyətdən çox kəmiyyətə üstünlük verib, bəzən elə olub ki, Kennedinin      yatağında bir-nüçə qadın eyni vaxtda olublar və prezident bu əlaqələrdən heç bir mənəvi zövq almayıb, sadəcə öz tələbatını ödəyib.

Kennedinin həyat yoldaşı Jaklin ərinin ona etdiyi bütün xəyanətlərdən xəbərdar olub. Prezident öz həyat yoldaşını tez-tez şəhər ətrafındakı istirahət evinə göndərəndə Jaklin yaxşı başa düşüb ki, Kennedi yeni məşuqələri ilə əyləncəyə hazırlaşır. Hətta bir dəfə Jaklin öz yataqlarından qadın alt paltarı tapanda ərindən soruşub:

- Cən bilmirsən bu kimindir? Axı manim belə alt paltarım yoxdur.

Təbii ki, Kenedi bu sualın cavabını verə bilməyib. Sadəcə gülümsəyib, vəssalam.

Öz həyatını qadınlarsız təsəvvür etməyən Kennedi İngiltərənin baş naziri Qarold Vilsonla söhbəti zamanı etiraf edib ki, üç gündən artıq qadınsız qalanda başımda dəhşətli ağrılar başlayır.

Amerika Birləşmiş Ştatlarının 35-ci prezidentinin həyatını qələmə alanların statistikasına görə Con Kennedinin həyatında 1500-dən artıq qadın olub.




İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI