Modern.az

Azərbaycandan qovulan “Miledi” ləqəbli keçmiş diplomat kimdir? - ARAYIŞ

Azərbaycandan qovulan “Miledi” ləqəbli keçmiş diplomat kimdir? - ARAYIŞ

Reportaj

14 Fevral 2014, 13:27

Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov ABŞ səfirliyinin keçmiş əməkdaşı Rebekka Vinsentin ünvanına xoşagəlməz sözlər işlədib. Modern.az saytı Azərbaycandan qovulmuş bu diplomat haqda kiçik araşdırma aparıb.

ABŞ-ın ölkəmizdəki səfirliyinin keçmiş əməkdaşı, hazırda Londonda fəaliyyət göstərən Rebekka Vinsent Azərbaycan hakimiyyəti haqda daim tənqidi çıxışlar edib. 2013-ci ildən özünün arzuolunmaz şəxs elan edilməsini ötən il verdiyi bir açıqlamada xanım Vİnsent belə dəyərləndirib: “Mənimlə bağlı baş verənlər aysberqin görünən hissəsidir”.

“Bir gün azad Azərbaycana qayıdacağam” deyən Rebekka Vinsetin Azərbaycanda yaşamaq izni ləğv edilib və buna görə də o, Bakıdakı ailəsindən ayrı düşüb.

Özünün son qeydində R.Vinsent bildirir: “Dünyanın diqqəti bu gün Rusiyanın Soçi şəhərində açılan Qış Olimpiadasındadır. Bu diqqətin içərisində oyunlara hazırlığın gedişində yol verilmiş qüsurlar və korrupsiya iddiaları, ölkədəki insan haqları da var”.

Qeyd edək ki, Milli Məclisin sədri Oqtay Əsədov bu gün keçirilən iclasda qeyd edib: “Amerika səfirliyinin xanım Vinsent adlı işçisi var idi. O, indidən Azərbaycanda keçiriləcək olimpiadanın boykot olunması ilə bağlı çağırışlar edir. Onun hətta ləqəbi də var və bunu hamı bilir. Ona “Miledi” deyirlər. Odur ki, belə miledilər hələ çox olacaq. Bu cür məsələlər və çağırışlara qarşı diqqətli olmalıyıq”.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI