Ukrayna paytaxtı Kiyevdə etirazçılarla güc strukturları arasında bu gün yenidən bərpa olunan qarşıdurmada ölənlərin sayı 28-ə çatıb. Modern.az saytı Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, xüsusi snayperlər qarşılarına çıxan etirazçıları başından, yaxud boyun hissələrindən güllələyirlər. Tibbi yarım üçün bu dəqiqələrdə 445 nəfərin müraciət etdiyi bildirilir. Yaralılar arasında 6 jurnalistin, 1 deputatın da olduğu haqda da məlumat yayılıb.
Modern.az