Modern.az

3 rayonda qaz olmayacaq

3 rayonda qaz olmayacaq

Reportaj

13 Avqust 2025, 20:25

Sabah saat 10:00-dan etibarən Xəzər, Qaradağ və Səbail rayonları ərazisində qaz təchizatı dayandırılacaq.

 

Modern.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

 

Məlumata görə, qaz təchizatında dayanma xətlərdə görüləcək təmir işləri ilə əlaqədardır.

 

Belə ki, təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Şüvəlan qəsəbəsinin və Gülçülük yaşayış massivinin, Qaradağ rayonu üzrə Puta qəsəbəsinin, Səbail rayonu üzrə isə Z.Yusifzadə, A.Məmmədov, L.Babayev, Ə.Nəzmi, A.Nəsirov, M.Useynov, Xanlar, S.Qədimova və A.Abbaszadə küçələrinin qaz təchizatında məhdudiyyət fasilə yaranacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu