Artur Çilingərov – 1939-cu ildə Sankt-Peterburqda anadan olan Çilingərov tanınmış tədqiqatçı-okeanoloqdur. O, Arktika və Antraktidanın tədqiqinə görə SSRİ və Rusiya Federasiyasının qəhrəmanı fəxri adlarına layiq görülmüş nadir şəxslərdən biridir. Çilingərov həm də erməni icmasının həyatında aktiv iştirak edir. O, “Rusiya-Ermənistan” ictimai birliyinin üzvüdür.
Marat Oqanesyan – 1974-cü ildə Moldovanın paytaxtı Kişinyovda anadan olub. 2013-cü ilin martından Sankt-Peterburqun vitse-qubernatorudur. O, şimal paytaxtının daşınmaz əmlak, memarlıq, tikinti və şəhərsalma komissiyalarının işinə nəzarət edir. Bundan başqa, “Rusiya Erməniləri İttifaqı”nın sədri Ara Abramyanla Marat Oqanesyan arasında sıx dostluq münasibətləri mövcuddur.
Saak Karapetyan – 1960-cı ildə Rostovda andan olub. 2006-cı ildən Rusiya Prokurorluğunun Beynəlxalq-Hüquqi Əməkdaşlıq Baş İdarəsinin rəisidir. Xaricdə yaşayan cinayətkarların ekstradisiya olunmasında əsas rolu oynayır. Eyni zamanda Baş Prokuror Yuri Çaykanın ən etibarlı işçisi sayılır.
Robert Adilxanyan – 1958-ci ildə Perm şəhərində anadan olub. Uzun illər Kislovodsk şəhərinin, sonradan isə Stavropol diyarının prokuroru vəzifəsində çalışıb. 2008-ci ildən Rusiya Ədliyyə Nazirliyi yanında Qeydiyyat Palatasının sədridir.
Vladimir Eminov – 1934-cü ildə Bakı şəhərində anadan olub. Rusiya prokurorunun baş köməkçisi, Moskva Dövlət Hüquq Akademiyasının Prokurorluq İnstitutunun direktoru kimi vəzifələrdə çalışıb. Hazırda Rusiya Kriminoloqlar və Kriminalistlər Birliyinin sədridir.
Qevork İsaxanyan – 1960-cı ildə Gürcüstanın Tetri-Çkaro rayonunda andan olub. Əlixanyan 2000-ci ildə Rusiya Federasiyasının Qəhrəmanı, qvardiya general-mayorudur. 234 və 76-cı Hava-Desant Qüvvələrinin komandiri kimi Çeçenistan, Bosniya və Kosovoda müxtəlif əməliyyatlarda iştirak edib.
Ruben Yesayan – 1946-cı ildə Yerevanda anadan olub. Təyyarə sınaqlarında aktiv iştirak edib. Bunda görə 2006-cı ildə Rusiya Federasiyasının Qəhrəmanlı fəxri adı ilə təltif olunub. Hazırda Mülki Aviasiya üzrə Dövlət Elmi-Tədqiqat İnstitutunda direktor müavini çalışır.
Qennadi Melikyan – 1947-ci ildə Krasnodar diyarının Kuropotkin şəhərində anadan olub. Hazırda Məlikyan Rusiya Mərkəz Bank sədrinin 1-ci müavinidir. Buna qədər o, Rusiya əmək və sosial inkişaf naziri və Dövlət Dumasının deputatı olub.
Semyon Baqdasarov – 1954-cü ildə Özbəkistanın Margilan şəhərində anadan olub. “Ədalətli Rusiya” partiyasından Dövlət Dumasının üzvüdür. 2014-cü ilin martından Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktorudur. Semyon Baqdasarov Ermənistan maraqlarının Rusiyanın qanunverici orqanındakı əsas lobbiçilərindən biridir.
Aleksandr Ter-Avanesov – 1969-cu ildə Bakı şəhərində anadan olub. Hazırda Kostroma vilayətinin Rusiya Federasiya Şurasındakı üzvüdür. “Texinvest” şirkətinin sahibi kimi biznes fəaliyyəti də göstərən Avanesov Qarabağ və Ermənistana maliyyə yardımları göstərir.
Vüqar İsmayılov