Türkiyənin yeni qonşusu olduğunu iddia edən “İraq Şam İslam Dövləti”nin (İŞİD) xəlifə elan etdiyi Əbu Bəkr Bağdadi haqqında gözdən qaçan bu detalları bilirsinizmi? Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD lideri tam adı İbrahim bin Avad bin İbrahim əl Bədir əl Radavi əl Hüseyni əl Samarrai - qısaca Əbu Bəkr Bağdadı olaraq tanınır. Bundan başqa, o, “Əbu Dua” kimi də tanınır.
Bağdadinin keçmişdə çəkilən iki şəkli və 2014-cü il iyulun 5-də yayımlanan videoyazısından başqa heç bir görüntüsü yoxdur.
Əbu Bəkr Bağdadinin 1971-ci ildə Bağdadın 125 kilometr şimalında yerləşən Samarrada anadan olduğu güman edilir. Bağdad İslam Universitetinin ilahiyyat fakültəsində təhsil almış Bağdadi, eyni zamanda İslam elmləri üzrə doktorluq müdafiə edib. Bu üzdən bəzən Doktor İbrahim kimi də adlandırılır.
Bundan başqa, hesabatlara görə, o, ABŞ-ın İraqı işğal etdiyi 2003-cü ildə Bağdad bölgəsindəki bir məsciddə imamlıq edib.
Əbu Bəkr Bağdadi 2005-2009-cu illər arasında İraqdakı bir ABŞ düşərgəsində əsir olaraq saxlanılıb.
Bağdadinin 2009-cu ildə əsirlikdən buraxılıb İraq rəsmilərinə təslim edilərkən, amerikalı əsgərlərə “Nyu-Yorkda görüşürük” dediyinin də sənədlərdə öz əksini tapdığı bildirilir.
Bağdadı “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin 2011-ci ildə ABŞ ordusu tərəfindən öldürülməsindən sonra onun qisasının alınacağına dair and içdiyi də iddia edilir.
Bağdadinin əslində “Şimon Elliot” adlı yəhudi və MOSSAD kəşfiyyat xidmətinə çalışan bir casus olduğu da iddia edilir. Ərəb internet saytlarında bununla bağlı xüsusu məlumatlar var və bu iddialar Edvard Snoudenin 1,7 milyon səhifədən ibarət olan Wikileaks sənədlərinə də əsaslandırılır. Ancaq bu istiqamətdə hələ ki konkret bir sənəd yoxdur.
İddialar arasında Bağdadinin bir CİA agenti olduğu da var. O, dünyanın ən zəngin terror təşkilatının lideri hesab olunur. İŞİD-in ən azı 2 milyard dollarlıq pulu olduğu ehtimal edilir. Başda Mosul olmaq üzrə ələ keçirdiyi şəhərlərdə bankları talayan İŞİD eyni zamanda neft alveri edir.
ABŞ rəhbərliyi Bağdadinin ölü və ya diri ələ keçməsinə yardım edəcək məlumat verən şəxs və ya şəxslərə 10 milyon dollar mükafat vəd edib.
Modern.az