Modern.az

Putinin ilk məhəbbəti - Sarışın gözəl Rusiyanın 1-ci ledisi olmaq şansını necə əldən qaçırıb - FOTOLAR

Putinin ilk məhəbbəti - Sarışın gözəl Rusiyanın 1-ci ledisi olmaq şansını necə əldən qaçırıb - FOTOLAR

2 Dekabr 2014, 09:57

Modern.az  saytı “İlk məhəbbət” layihəsində bu dəfə Rusiya prezidenti Vladimir Putinin həyatının gənclik illərindən bəhs edəcək. Putinin şəxsi həyatı, ailəsi, hətta qızları ilə bağlı sirlər heç də tam açılmayıb. Ötən il həyat yoldaşı Lyudmila Putinadan boşanan Rusiya liderinin dünyaca məşhur tatar qızı, gimnast-deputat Alina Kabayeva ilə gizli bir eşq yaşadığı söylənilir. Bəzi mənbələrdə hətta Putinlə Kabayevanın haralardasa birgə yaşadıqları da iddia edilir. Bununla bağlı şayiələr indi də səngiməyib.
Ancaq Putinin həyatında çox uzaq illərdə bir xanım da olub. Əgər yeniyetmə Voilodya o zamanlar bu qıza olan sevgisini etiraf edə bilsəydi, bəlkə də Rusiyanın birinci ledisi o xanım olacaqdı. Bunun hansı səbəbdən baş vermədiyi ilə yazıda tanış olacaqsınız. Bu məsələ ortaya çıxandan sonra məlum olur ki, Putin uşaqlıq illərində, hətta yeniyetmə yaşlarında da indiki kimi kobud olub, daha doğrusu, sevgiyə münasibəti bəlkə onun bir insan kimi ən çatışmayan cəhətlərindən biridir...

Gələcək prezident yeniyetmə illərində Leninqrad vilayətindəki kiçik Tosno şəhərciyində yaşayıb. Ailəsi o zaman üçün varlı hesab olunub. Volodyanın atası Vladimir Spiridonoviç lotereyada “Zaporojets” udandan sonra onları, ümumiyyərlə, mələklərlə müqayisə etməyə başlayıblar.

O uzaq zamanda balaca Vova Vera adlı qızla dostluq edib. Volodyanın anası Veranı çox sevib, hətta gözləyirdi ki, qız onun gəlini olacaq. Vera hərdən gecələr onlarda qalardı. Bir dəfə Vovanın anası Mariya İvanovna xəstələnir, Vera bütün günü ona qulluq edir. Putin dərsdən qayıdanda gec olur, Vera sakitcə pərdənin arxasındakı yerdə yatır. Yeri gəlmişkən, Vera Brilyeva ilə Putinin valideynləri möhkəm dost olublar. Anaları az qala bir-birini bacı adlandırardı. Vera çox qəşəng qız idi, qonşuluqdakı bütün oğlanlar ona heyran olardılar. Hamısı da ondan soruşardı: “Sən bu Vovada nə tapmısan?”.
Ancaq buna baxmayaraq, o, həmişə Vovanın yanında olardı. Yeni il gecəsi bir dəfə Vova Veranı öpür. Valideynlər üçün ənənəyə çevrilmişdi, hər Yeni ildə bağ evinə gedərdilər. Belə bayramların birində Vova Veranı öpüşə qərq edir. Sanki onlarda hər şeyin yaxşı olacağı təəssüratı yaranır. Ancaq onların münasibəti belə davam etmir. Anası öləndən sonra Vova atası ilə bir daha Tosnoya gəlmir.


Vera Brilyeva gələcək prezidentə olan sevgisi haqda ilk dəfə danışıb. Vera həmişəki kimi Tosno şəhərində yaşayır. O, Vova Putinlə Vağzalyanı küçəsindəki evdə tanış olub, sonradan həmin yeri uçurub Veranın ailəsinə şəhərin mərkəzində yeni mənzil veriblər. Veranın indiki ərinin də adı Vladimirdir, meşəçi işləyib, 2006-cı ildə pensiyaya çıxıb. Oğlu Saşanın 26 yaşı var, texnikumu bitirib, qızı Olyanın 31 yaşı var. O, Peterburqda kartoqrafçı - coğrafiya xəritələri çəkən mütəxəssis işləyir. Vera da artıq pensiyaçıdır. Müxtəlif vaxtlarda tikişçi, süpürgəçi, satıcı və Leninqrad rabitə qovşağının əməkdaşı olub.

Tanışlıq

Vera Fyodorovna deyir ki, o, Rusiyanın gələcək prezidenti ilə 1969-cu ildə, Putinlər Tosnoda bağ evi alanda tanış olub. Həmin vaxt onun 16, Vladimirin 14 yaşı vardı. Qız tez-tez Putinlərin evinə gedirmiş. Onun valideynləri, eləcə də Volodya dərhal xoşuna gəlib. Onun sözlərinə görə, Vovanın boyu hündür olmasa da, amma qızlar ona, sadəcə valeh olublar: “Oh Volodya! Ah, Volodya!!. O nə iləsə qızları özünə cəlb edirdi”.

Putinin sarışınlardan xoşu gəlirdi

Volodya Tosnoya dostlarını gətirirdi - Saşka Andreyev, Saşka Nikolayev, Saşka Fyodorov, Vitka Borisenko, Vovka Siqelman, Kolka Alyoxov. Kampaniyada 10  nəfər olurdu. Hamısı da oğlanlar. Bir dəfə Lyuda adlı qız gəlir. Nahardan sonra bu qızdan qabları yumağı xahiş edirlər, o imtina edib söyləyir: “Mən ərə gedəndə qabları o yuyacaq”.
Vera elə zənn edir ki, Volodyanın saçları qara olan Lyudadan xoşu gəlir. Bu məqamda Vera Putinə üzünü tutub deyir : “Volodya, əgər qızların saçı qaradırsa, bu yarım gözəllikdir”. Rusiyanın gələcək prezidentinin cavabı belə olur: “Verka mənim sarışınlardan xoşum gəlir”.

“Kiçik butılka” oyunu

Vera deyir ki, bir dəfə uşaqlar Yeni ili Putinin evində qarşılamaq qərarına gəlirlər. Hamı rəqs edirdi, gülürmüş. Birdən kimsə deyir: “Gəlin “Butılka oyunu” oynayaq”. Oyun zamanı Volodya butılkanı fırladıb Veraya sarı boylanıb deyir: “Bizim öpüşümüz, deyəsən qısa oldu”.

Vera:

- Bu anda sifətim qıpqırmızı oldu, bədənimə elə bir istilik gəldi ki... Heç nə demədim.  

“Sizin bir yerdə olmağınıza nə mane oldu” sualına cavabında Vera belə epizod danışır: “Bir dəfə onun yanına getdim, Vova stolun arxasında oturub nə iləsə məşğul olurdu. “Voldya, yadındadır, siz bura gələndə...”. Vera danışmağa davam edir, Putin ona tərəf çevrilib sərt şəkildə deyir: “Mən yalnız mənə lazım olanı yadında saxlayıram”.

Vera qürurlu qız olub və dərhal bütün əlaqələrini kəsib, Volodyaya olan sevgi hislərini unudub: “Əgər mənimlə belə davranıbsa, nə etmək olar ki?!”.
 
Vera nə zamansa oxuyub ki, Lyuda (Putinin arvadı) onu iki saat metroda gözləyib. Vera bundan sonra deyib: “Əgər oğlan məni kinoya dəvət edibsə, ancaq müəyyən olunan vaxtda kinoteatra gəlməyibsə, mən dərhal gedərdim”.

Bundan sonra Vera Voldyanın dostu Saşkaya vurulub. Volodya ona belə də deyib: “Get Saşanı sev”. Saşka onunla görüşüb, yola salıb.
“Ancaq mənim yenə Volodya çox xoşuna gəlirdi”, - o, xatırlayır.

Veranın sözlərinə görə, prezident olandan sonra çox adam ona Putinə məktub yazıb özünü xatırlatmağı məsləhət görüb. O, məsləhət verənlərə belə cavab verib: “Mən təmiz rus qanı olan insanam. Əgər köməyə ehtiyacım olarsa, hətta ölmək həddinə çatsam belə, çörəyə və duza möhtac qalsam da, ona məktub yazıb kömək istəmərəm”.

Doğrudur, bir dəfə prezidentin xalqla canlı ünsiyyəti vaxtı zəng vurub ki, rəfiqəsini narahat edən məsələ ilə bağlı sual versin. Həmin qadının oğlu səhhəti ilə bağlı hərbi kafedradan çıxarılıbmış. Zənglərə cavab verən şəxs xahiş edib ki, özünü təqdim etsin, ünvanı versin, telefon nömrəsini və sualı desin. Cəmisi bir dəqiqə çəkib. Vera həyəcanlanıb, elə əsəbiləşib ki, heç nə söyləməyə macal tapmayıb.

Prezidentlə mümkün görüşə gəldikdə, Vera deyir: “Əvvəllər bunu çox istəyirdim. Bəs indi? Ola bilər ki, görüşərdik. Ancaq biz nədən danışardıq? Xatırlamalı çox şey var. Mən indiyədək onun əllərini xatırlayıram. Onun qısa və bərk barmaqları vardı”.

İllər keçib, ilk sevgi ilə bağlı gözəl xatirələr qalıb. Vera xarici görünüşünə görə Volodyaya oxşayan oğlana ərə gedib. Bir oğlan, bir qız dünyaya gətirib. Vladimir Putin Tesnoya nadir hallarda gəlib. On il sonra nəhayət evlənib. Vera bir dəfə Vağzalyanı küçəsində Lyudmila Putina ilə rastlaşıb. Qadınlar diqqətli baxışlarla bir-birinə baxıb, hərə öz yolu ilə gedib...








Modern.az

***

Nazarbayevin ilk məhəbbəti: Ukraynalı qız öz səhvi üzündən Qazaxıstanın birinci ledisi ola bilmədi – FOTO
//modern.az/articles/67023/1/

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu