Modern.az

Lalə Şövkət ağır xəstələnib

Lalə Şövkət ağır xəstələnib

21 Yanvar 2015, 13:22


“Bu il  Lalə Şövkət Azərbaycan Liberal Partiyasının (ALP) lideri kimi partiya üzvləri ilə birgə Şəhidlər Xiyabanını ziyarət edəcəkdi. Təəssüf ki, bu baş tutmadı”. Bunu Modern.az-a açıqlamasında ALP sədri Əvəz Temirxan deyib.

Onun sözlərinə görə, Lalə xanım bu səbəbdən çox üzgündür: “Lalə xanımın Şəhidlər Xiyabanını bu il ziyarət edə bilməməsinin səbəbi bərk soyuqlamasıdır. Buna görə evdən çıxa bilmədi. Hətta bu il Şəhidlər Xiyabanını ziyarət edə bilmədiyinə görə Lalə Şövkət çox üzgündür. Bilirsiniz ki, bu cür mövzular Lalə xanım üçün çox həssasdır.  Lalə Şövkət bir daha Azərbaycan xalqına, şəhid ailələrinə başsağlığı verib və ruhları qarşısında baş əydiyini deyib”.

Namidə BİNGÖL


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu