Modern.az

Putinin müğənni, aktrisa və idmançı deputatları - FOTOLAR

Putinin müğənni, aktrisa və idmançı deputatları - FOTOLAR

Reportaj

30 Yanvar 2015, 14:01


2011-cil il dekbarın 3-də Rusiya Dövlət Dumasına növbəti seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə, 450 deputat kürsüsünə təcrübəli siyasətçilər və iqtisadıçılarla yanaşı, Rusiya şou-biznesinin nümayəndləri və idmançılar da sahib olublar. Onların əksəriyyəti prezident Vladimir Putinin partiyasında təmsil olunurlar.
Modern.az saytı Dövlət Dumasının müğənni, aktrisa və idmançı deputatlarının siyahısını təqdim edir.



İosif Kobzon
- məşhur sovet və Rusiya müğənnisidir. 1987-ci ildə SSRİ xalq artisti fəxri adını alan Kobzon ilk dəfə 1990-cı ildə SSRİ Ali Sovetinin deputatı seçilib. 2003, 2007 və 2011-ci illərdə isə müstəqil Rusiyanın qanunverici orqanına iqtidardakı “Vahid Rusiya” Partiyasından üzv olub. Hazırda 77 yaşlı Kobzon Dövlət Dumasının Mədəniyyət komitəsi sədrinin 1-ci müavinidir.



Mariya Kojevnikova
- aktrisa. Daha çox “Borodin”, “Univer” və “Kreml kursantları” teleseriallarındakı rolları ilə tanınır. 2011-ci ildə 27 yaşlı Kojevnikova “Vahid Rusiya” Partiyasının üzvü kimi Tomsk şəhərindən Dumaya deputat seçilib. Bir neçə erotik fotosessiyada iştirak edən və adətən ekranda axmaq sarışın qız obrazları yaradan  aktrisanın deputat seçilməsi Rusiya cəmiyyətində narazılıq yaratmışdı. Hazırda Dövlət Dumasının Mədəniyyət komitəsinin üzvü olmaqla bərabər, kino və teleseriallarda çəkilməkdə davam edir.



Marat Safin
– tatar mənşəli tanınmış rusiyalı tennisçidir. O, “Böyük Dəbilqə” seriyasının 2 açıq çempionatında qalib gəlib və 2000-ci ilin noyabrında 9 həftə ərzində dünya tennis reytinqinin başında durub. 2009-cu ilin noyabrında isə tennis karyerasını yekunlaşdırmışdı. Rusiya Dövlət Dumasının Nijni Novqorod vilayətindən deputatı və Dumanın İdman komitəsinin üzvüdür.



Vladimir Bortko
– Məşhur kino və televiziya rejissoru, Rusiya və Ukraynanın xalq artistidir. “İt ürəyi”, “Taras Bulba” filmlərinin, “Master və Marqarita”, “İdiot” və “Birinci  Pyotr. Miras”  seriallarının rejissorudur. Dumanın Mədəniyyət komitəsi sədrinin müavinidir.



Aleksandr Karelin
– tanınmış yunan-roma güləşçisidir. Karelin karyerası boyunca 3 dəfə olimpiya, 9 dəfə dünya və 12 dəfə Avropa çempionluğu qazanıb. 1997-c ildən Rusiyanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. 44 yaşlı Karelin “Vahid Rusiya” Partiyasının təmsilçisi və Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin üzvüdür.



Nikolay Valuyev
– məşhur boksçudur. 213 santimetr boya malik Valuyev 2005-ci ildə Beynəlxalq Boks Assosiasiyasının “WBA” versiyası üzrə superağır çəkidə dünya çempionu olub. Hazırda 41 yaşlı boksçu “Vahid Rusiya” Partiyasından deputatdır. Eyni zamanda “Ford Boyard” verilişinin rus versiyasında aparıcılıq edir.



Vladislav Tretyak
– məşhur sovet hokkeyçisidir. Tretyak hokkey üzrə SSRİ yığmasının qapçısı kimi 3 dəfə olimpiya, 10 dəfə dünya və 9 dəfə Avropa çempionluğu qazanıb. Hazırda Dövlət Dumasının İdman və gənclər üzrə komitəsinin üzvüdür. Eyni zamanda Tretyak Rusiya Hokkey Federasiyasının prezidenti səlahiyyətlərini də icra edir.



Bədii Gimnastika üzrə olimpiya və dünya çempionu olan Alina Kabayeva da parlament üzvü seçilmişdi. Amma prezident Putinin sevgilisi olaraq tanına tatar əsilli Kabayeva 2014-cü ilin sentyabrında öz istəyi ilə mandatından imtina edib.

Vüqar İsmayılov     

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu