Modern.az

Rus generalı 20 yanvar qırğınından YAZIB: “Neftçala və Cəlilabadda Xalq Cəbhəsi darmadağın edildi”

Rus generalı 20 yanvar qırğınından YAZIB: “Neftçala və Cəlilabadda Xalq Cəbhəsi darmadağın edildi”

30 Yanvar 2015, 16:11

Aleksandr Lebedin “Bakı xatirələri” - III HİSSƏ


Müasir Rusiyanın hərb tarixini Aleksandr Lebed olmadan təsəvvür etmək mümkün deyil. Əfqanıstan müharibəsinin aktiv iştirakçısı olan Lebed 1992-ci ildə Dnestryanı və Çeçenistan müharibələrinin də aktiv iştirakçısı olub. Onun hərbi bioqrafiyasında Sovet İttifaqının son illərində baş verən Tbilisi olayları (1989-cu il aprel) və 1990-cı ilin 20 yanvarındakı Bakı qırğınının da önəmli payı var. 1995-ci ildə çap etdiyi “Za derjavu obidno” adlı xatirələr kitabında o, 20 yanvar hadisələri ilə bağlı “xatirələrini” bölüşüb. Həmin vaxt SSRİ Hərbi Desant Qüvvələrinin 106-cı diviziyasının komandiri olan general-mayor Lebed 20 yanvar hadisələrinin əsas iştirakçılarından biridir. 

Modern.az saytı Lebedin 20 yanvar hadisələri ilə bağlı “xatirələrini” ixtisarla təqdim edir. Bu qeydlərdə Lebed 20 yanvar gecəsi işğalçı imperiya ordusunu qarşılamaq üçün yollara, meydanlara çıxan azərbaycanlıları kriminal qüvvələr kimi təqdim etməyə çalışıb.

Xatirələrinin bu hissəsində Lebed 20 yanvar hadislərindən sonra Cəlilabad və Neftçalada sovet hakimiyyətini devirən Xalq Cəbhəsi ilə silahlı toqquşmalardan yazıb.

“1990-cı il yanvarın sonu Azərbaycandakı gərginlik mərkəzdən bölgələrə doğru yayıldı. İnformasiyalar çox vahiməli idi. Ölkənin cənubunda vəziyyətin kritik həddə çatması, rayonların icraiyyə komitələrinin binalarının yandırılması, milislərin döyülməsi və s. xəbərlər gəlirdi.

Tezliklə, daha həyəcanlı xəbər aldıq: Cəlilabadda sovet hakimiyyəti devrilmişdi!..

Yanılmıramsa, yanvarın 25-də Hava Desant Qoşunlarının komandanı V.Açalov mənə zəng etdi.

“Cəlilabadda sovet hakimiyyəti devrilib. Sənə Qalada dislokasiya olunmuş vertolyot alayı təhkim edilir. Cəlilabadla nə etmək olar? - bir düşün. Qərarı verdikəsn sonra məruzə edərsən!”.

Vertolyot alayının komandirini çağırdım. Polkovnik hər baxımdan xoş təsir bağışlayan, iki dəfə Əfqanıstanda olmuş birisi idi. Birlikdə əmliyyat planını tez və maneəsiz hazır elədik. Mən yuxarı komandanlığa planı məruzə etdim və razılıq aldım. 26 yanvar səhəri Qala aerodromundan Cəlilabada doğru 5 Mİ-8 vertolyotu istiqamət aldı. Onların hər birinin göyərtəsində 15 əsgər və kaskalar, bronjiletlər, 3 pulemyot, 3 “AQS-17” qrantomyotları və avtomatlar var idi. Qrupların hər biri Cəlilabada gedən 5 yoldan birini nəzarətə almalı idi. 15 dəqiqə intervalla müxtəlif modifikasiyalı daha 16 vertolyot aerodromdan havaya qalxdı.      

Fövqəlzadə vəziyyət yarandığı üçün Cəlilabada Hava Desant Qüvvələrinin Tula alayının komandiri olan polkovnik V.Orlovun başçılıq etdiyi paraşüt-desant batalyonu da göndərilmişdi. Hər şey yağ kimi getdi. Müəyyən olunmuş vaxtda desant itki vermədən bütün yolları və şəhərin əsas obyektləri nəzarətə götürdü. Hər şey Orlovun məruzə etdiyindən daha asan və sadə görünürdü. Havada gəzən inamsızlıq və qətiyyətszilik atmosferindən istifadə edən onlarla enerjili və diribaş, lakin məhkumluq həyatı yaşamış kişi şəhər icraiyyə komitəsinin və partiya komitəsinin binalarını yandıraraq, milis işçilərini də qovmuşdular. Hiddətləndirici faktıdr ki, 150 nəfər avtomatlı milis vari idi. Lakin bu hüquq-mühafizə işçiləri heç bir müqavimət göstərməmişdilər. Panika içində Cəlilabaddan qaçan milis işçiləri həm də öz silahlarını kollektiv şəkildə 17 metr dərinliyində olan quyuya atmışdılar.



Şəhəri nəzarətə götürən keçmiş məhkumlar isə sovet hakimiyytəinin devrildiyini, Xalq Cəbhəsinin hakimiyyətə gəldiyini bildirirdilər. Şəhərə nəzarət etdikləri sutka ərzində onlar yerli müəssisə və idarə rəhbərlərindən Xalq Cəbhəsinin ehtiyacları üçün 350 min rubldan artıq pul toplamışdılar və ilk vertolyotlarımızı səmada görən kimi Cəlilabaddan qaçdılar.

Orlov məruzə etdi ki, şəhərin əsas meydanına toplaşan böyük insan kütləsi batalyonun Cəlilabada gəlişini sevinclə qarşıladı və dərhal polkovnik Orlovu şhər icraiyyə komitəsinin sədri seçdilər. Bir az tərəddüd edən bütün partiya üzvləri və bitərəflər Orlovu həm də şəhər milis idarəsinin rəisi təyin etdilər. Alay komandri olan Vadim İvanoviç Orlov şəhəri azad etmək üçün Cəlilabada göndərilsə də, şəhər sakinləri ona yüksək etimad göstərərək, həm də özlərinə başçı seçdilər. Hündür və sərt xasiyyətli Vadim buna görə özünü bir az itirmişdi.

Buna görə də şəhərdəki vəziyyətlə bağlı məruzə sadə sualla yekunlaşdı: “Nə edim?”. Onun məruzəsinə radioda qulaq asarkən gülməkdən az qala ölürdüm. Amma yaxşı başa düşürdüm ki, vəziyyət Orlov üçün heç də gülməli deyil. Klassik “nə etmək” sualına mən də klassik cavab verdim: “Etimadı doğruldun!”.

“Bu necə olacaq? Mən həm icraiyyə komitəsinin sədri, həm şəhər partiya komitəsinin 1-ci katibi, üstəlik də milis idarəsinin rəisi olum?”-deyə o, bildiridi.

“Çox sadə. Məktəbləri, xəstəxanaları, çörəkbişirmə sexlərinin fəaliyyətini bərpa et. Dağıdılan və qarət olunan bütün obyektləri bərpa et. Mənim üçün sən ilk növbədə alay komandirisən” dedim.

Vadim İvanoviçə ruh yüksəkliyi gəldi. Axşam məruzə edəndə Cəlilabadda bütün obyektlərin işinin bərpa olunduğnu yazdı. Müəssisə rəhbərləri orduya hərtərəfli dəstək oldu, komendant saatı tətbiq edildi və şəhərin partul olunmasına başlanıldı.

Amma bir azdan Orlov şəhərə yeni gəlmiş 1-ci katib barədə məruzə etdi. O yeni katibin bütün gün binada oturduğunu və insanların qarşısına çıxmadığın deyidi. Ona göstəriş verdim:

- Vadim İvonoviç onunla məşğul ol. Ümumiyyətlə, o kimə lazmıdı?

1 saat sonra Orlov məruzə etdi.

- Məsələni həll etdim. 1-ci katib bu vəzifə üçün 50 min rubl ödəyib, pullarına heyfi gəldiyi üçün şəhərə gəlib. Bundan əvvəl də Cəlilabadda hansısa vəzifə sahibi olub və deyir ki. indi camaatın qarşısına çıxsa, onu öldürəcəklər.

- Onda rədd elə onu!

- Necə?

- Sivil yolla! Maşınla onu şəhərdən çıxart və Bakıya istiqamətində düşürt. Başa sal ki. hardan gəlibsə, ora da getsin

- Oldu  



Orlov Cəlilabadda sovet hakimiyyətini bərpa etdiyi vaxt digər bölmələr də boş oturmurdular. Neftçala Xalq Cəbhəsinin qərargahını ələ keçirən zaman öncə hər şey plan üzrə gedirdi. Ryazanlı kəşsiyyatçılar “QAZ-66”nın kuzovunda oturaraq obyektə doğru irəliləyirdi. Lakin cəbhənin qərargahına 100 metr qalmış qarşı tərəfdəki binanın balkonundan pulemyot atəşi açıldı. Arxadakı dəstək qrupu balkonu pulemyotçu ilə birlikdə məhv etdi.

Xalq Cəbhəsinin qərargahına hücum zaman isə tağım komandirimiz, leytenant Aleksandr Aksenov yaralandı. Qarın nahiyəsindən 2 güllə yarası alan 23 yaşlı komandir 1 sutkadan sonra xəstəxanada keçindi.

Az sonra daha bir zabit – leytenant Aleksandr Konoplev həlak oldu. Hadisə belə baş vermişdi. Kəşfiyyat məlumatlarına görə, 50 nəfərdən ibarət silahlı qrup hansısa dərə ilə irıəliləyirdi. Bu qrupu zərərsizləşdirmək üçün isə Tula alayının kəşfiyyat qrupu leytenant Konoplyovun başçılığı ilə onların üzərinə göndərilmişdi.

Əməliyyata diviziyanın kəşfiyyat xidmətinin rəisi, pokovnik-leytenant O.Truskovski başçılıq edirdi. Kəşfiyyat bölüyü 3 vertolyotda aerodroum müxtəlif yerlərindən havaya qalxaraq silahlıların gizləndiyi dərənin 10 kilometrliyində eniş edib. Gecə ilə dağ yolları ilə marş edən kəşfiyyatçılar dərənin əlverişli yerində silahlılara pusqu qurublar. Pusquya yaxşı silahlanmış 51 nəfərlik qrup düşmüşdü. Onların 2 pulemyotu, 2 ov tüfəngi, 10 “SKS” karabini, avtomatları, tapançaları və qumbarları var idi. Silahlıların kolonu pusquya düşən zaman kəşfiyyat qrupunun komandiri daşın arxasından ayağa qalxaraq dərənin içi ilə gedən silahlılara müraciət edib: 
“Cənab quldurlar! Siz mühasirədəsiniz və qan tökülməməsi üçün tərkislah olmalısınız”. Əgər daşın arxasından bu sözləri desəydi, yəqin ki, sağ qalardı. Lakin o, ayağa durub. Çünki əsl əsgər idi. Baş leytenant Konoplyovun daha nə demək istədiyini heç vaxt bilməyəcəyik. Çünki hər şey 15 saniyə ərzində baş verib. Silahlılardan biri dizinin üstündəki silahdan səs gələn tərəfə atəş açıb. Güllələrdən biri Konoplyovun alnına dəyib. Onun ölümü ani olub. Dərhal dərədəki silahlılar atəşə tutulub. Maraqlı idi, insanlar və silahlar var idi, amma üstlərində heç bir sənəd yox idi.

Bizimkilər silahları toplayıb, silahlıların cəsədlərini dərədə qoymuşdular. Konoplyov və Kononov üçün isə tabut tapıb İL-76 təyyarələrinə yerləşdirdik. Təyyarə hava qalxdı. Sonda onu qeyd edim ki, həlak olan zabitlərin dul arvadları və hərəyə 1 uşağı yetim qaldı. Dövlət onların quldur özbaşnalığına qarşı xidmətlərini qiymətləndirərək, ailələrinə 35 rubl aylıq müavinət təyin etdir.

1990-cı il fevralın 17-də mənə general-mayot rütbəsi verildi və mən Bakını tərk etdim”.

Vüqar İsmayılov 

***

Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən YAZIB - I HİSSƏ
//modern.az/articles/70966/1/

Rus generalı 20 yanvar qırğınından YAZIB: “Xalq Cəbhəsinin mərkəzini tutduq” - II HİSSƏ
//modern.az/articles/71041/1/ 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu