Modern.az

Məşhurların övladları: Elmar Məmmədyarovun oğlanları - FOTO

Məşhurların övladları: Elmar Məmmədyarovun oğlanları - FOTO

Reportaj

6 Fevral 2015, 23:08

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...
Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

Budəfəki təqdimatımız Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun oğlanları haqdadır.

Elmar Məmmədyarov 2 aprel 2004-cü il tarixindən bəri Azərbaycan Respublikasının xarici işlər naziri vəzifəsində çalışır.
Bu il iyulun 2-də 55 yaşını qeyd edəcək nazir 1977-1982-ci illərdə Kiyev Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq bölməsində təhsil alıb. Nazirin atası kimya elmləri doktoru akademik Məhərrəm Məmmədyarovun Modern.az-a bildirdiyinə görə, o zaman oğlunun diplomat olmasını istəmirmiş. Çünki SSRİ kimi bir dövlətdə azərbaycanlı gəncin diplomatiya sahəsində çox da uzağa gedə bilməyəcəyini düşünürmüş. Amma Elmar istəyində israrlı olduğundan atası geri çəkilməli olur.
1982-1988-ci illərdə Azərbaycan SSR Xarici İşlər Nazirliyində çalışan gələcək nazir sonra təhsilini SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında (1988-1991) davam etdirək, tarix elmləri namizədi olub. Daha sonra, 1989-1990-cı illərdə ABŞ-ın Braun Universitetinin Xarici siyasətin planlaşdırılması mərkəzində təcrübə keçib.
1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi Elmar Məmmədyarova diplomatiya karyerasında irəliləməyə yeni imkanlar yaradıb. Həmin ildən müstəqil Azərbaycanın Xarici İşlər Nazirliyində Dövlət Protokolu şöbəsinin müdiri postuna təyinat alan E.Məmmədyarov daha sonra Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyində, ABŞ-dakı səfirliyimizdə çalışıb və 2003-2004-cü illərdə Azərbaycanın İtaliyadakı səfiri olub.


Modern.az saytına məlum olub ki, 11 ildir nazir işləyən cənab Məmmədyarovun 2 oğlu var: Riyad və Emin.
Azərbaycanın xarici işlər nazirinin hər iki oğlu hazırda Amerikada ali təhsil alır. Riyad və Emin Məmmədyarovlar ABŞ-ın Nyu-York Universitetinin tələbələridirlər. Onlar da öz istəkləri ilə özlərinə ixtisas seçiblər.





A.Qorxmaz

 

*** 

Həmçinin oxu:

Tağı Əhmədovun hakim oğlu

//modern.az/articles/49878/1/

Fuad Musayevin diplomat oğlu
//modern.az/articles/49922/1/

Zeynəb Xanlarovanın məmur oğlu
//modern.az/articles/50188/1/

Yazıçı Anarın səfir oğlu
//modern.az/articles/50363/1/

Ramiz Rövşənin müəllim oğlu
//modern.az/articles/50575/1/

Oqtay Şirəliyevin bankir oğlu
//modern.az/articles/50894/1/

Misir Mərdanovun filoloq qızı
//modern.az/articles/51132/1/

Əvəz Ələkbərovun maliyyəçi oğlu
//modern.az/articles/51369/1/

Məleykə Abbaszadənin hüquqşünas qızı
//modern.az/articles/52815/1/

Ziyad Səmədzadənin iqtisadçı oğlu
//modern.az/articles/53115/1/

Amaliya Pənahovanın səfir oğlu
//modern.az/articles/53904/1/

Polad Bülbüloğlunun musiqiçi oğlu
//modern.az/articles/53963/1/

Vasif Talıbovun oğlanları - FOTOLAR
//modern.az/articles/54638/1/

Nazim İmanovun diplomat oğlu
//modern.az/articles/54901/1/

Aslan İsmayılovun hüquqşünas oğlu
//modern.az/articles/55364/1/

Elçin Əfəndiyevin hüquqşünas qızı
//modern.az/articles/55796/1/

Allahşükür Paşazadənin filosof qızı
//modern.az/articles/56061/1/

Ramiz Mehdiyevin professor qızı
//modern.az/articles/56459/1/
 

Şəmsəddin Hacıyevin dekan qızı
//modern.az/articles/57209/1/


Kəmaləddin Heydərov və kiçik oğlu
//modern.az/articles/57885/1/


Kamal Abdullanın prorektor oğlu
//modern.az/articles/58458/1/

Sabir Əhmədlinin şəhid oğlu
//modern.az/articles/58734/1/

Şəfiqə Məmmədovanın kinoşünas oğlu
//modern.az/articles/59187/1/

Mirşahin Ağayevin uşaqları - oğlanları və qızı
 
//modern.az/articles/59971/1/  

Oqtay Şirəliyevin telejurnalist qızı - FOTOLAR
//modern.az/articles/63033/1/

Çingiz Abdullayevin hüquqşünas qızı - FOTO
//modern.az/articles/63426/1/

Səməd Seyidovun doktorant oğlu - FOTO
//modern.az/articles/64545/1/

Cahangir Əsgərovun sənətşünas qızı - FOTO
//modern.az/articles/65112/1/

Məşhurların övladları: Rövnəq Abdullayevin oğlu - FOTO
//modern.az/articles/65480/1/

Əbülfəs Qarayevin menecer qızı -FOTO
//modern.az/articles/66914/1/


Məşhurların övladları: Elman Rüstəmovun modelyer qızı - FOTOLAR
//modern.az/articles/67761/1/

Məşhurların övladları: Hafiz Paşayevin maliyyəçi oğlu - FOTO
//modern.az/articles/70502/1/

Məşhurların övladları: Mir Cəlal Paşayevin dosent qızı - FOTO
//modern.az/articles/71109/1/

“Məşhurların övladları”: Elçin Əfəndiyevin diplomat qızı - FOTO
//modern.az/articles/71465/1/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!