Modern.az

2015-ci ildə məhv edilmiş erməni hərbçiləri - FOTOLAR

2015-ci ildə məhv edilmiş erməni hərbçiləri - FOTOLAR

Reportaj

27 Mart 2015, 14:13

2015-ci ilin əvvəllərindən Ermənistan silahlı qüvvələri cəbhə xəttində görünməmiş sayda itki veriblər.

İtkilərin dəqiq sayı məlum olmasa da, hərbi sahədə monitorinq aparan QHT-lər bu itkilərin rəsmi statistik rəqəmlərdən qat-qat çox olduğunu bildirir.  

Modern.az saytı 2015-ci ilin geridə qalan dövründə təmas xəttində məhv edilən hərbi qulluqçuların siyahısını təqdim edir.   


Martın 19-da Goranboy rayonunun Gülüstan kəndi istiqamətində təxribat-diversiya hücumu zamanı Ermənistan ordusunun 4 hərbi qulluqçusu - Akop Xaçatryan (1996), Eduard Ayrapetyan (1995), Arşak Arutunyan (1995) və Samvel Akopyan (1996) məhv edilib.  


Martın 3-də 1995-ci il təvəllüdlü Arsen Karapetyan cəbhənin Ağdam istiqamətində məhv edilib.


Fevralın 28-də cəbhənin şimal-şərq istiqamətində Ermənistan ordusunun iki hərbi quluqçusu Artak Aqekyan (1979) və Ayk Baroyan (1995) öldürülüb.


Fevralın 27-də Ermənistan ordusunun hərbçisi Albert Səfəryan (1996-cı il) cəbhə xəttində məhv edilib.

Fevralın 5-də düşmən əsgəri Şekspir Akopyan (1990-cı il) qoşunların təmas xəttində məhv edilib.  


Yanvarın 23-də Azərbaycanın Ermənistanla həmsərhəd Tovuz rayonu istiqamətində düşmənin 2 hərbi qulluqçusu - leytenant Karen Qalstyan (1994) və əsgər Artak Sarkisyan öldürülüb.  


Yanvarın 20-də Dağlıq Qarabağda qoşunların təmas xəttində baş verən toqquşma zamanı erməni hərbçisi Suren Pilosyan (1995) məhv edilib.  

Yanvarın 21-də Ermənistanın Berd rayonu istiqamətində 1980-ci il təvəllüdlü hərbi qulluqçu Arman Udumyan məhv edilib.    


Yanvarın 17-də Tovuz rayonu istiqamətində baş vermiş atışma zamanı erməni əsgər Arman Arutunyan (1994) məhv edilib.  


Yanvarın 3-də qoşunların təmas xəttində baş vermiş döyüş zamanı iki ermənistanlı hərbi quluqçu Karen Qriqoryan və Vardan Mkrtçyan məhv edilib.

(

   


Vüqar İsmayılov


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu