Şimali Koreya lideri Kim Çen In babası və atası kimi özünə hərəmxana yaratmaq niyyətindədir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, xüsusi təlim görən və “həzz tağımı” adlanacaq bir qrup qadın Kim Çen Ina intim xidmət göstərəcək.
Cənubi Koreya mətbuatı iddia edir ki, müğənni Li Sol Çju ona qız övladı bəxş etdikdən sonra diktator gənc məşuqələrə ehtiyacı olduğuna qərar verib. Buna görə öz köməkçilərinə ölkənin bütün guşlərindən “həzz taqımı” üçün gənc qızlar toplamağı tapşırıb.
Hərəmxanaya seçilən qadınlar Pxenyandakı mehmanxanalarda xüsusi təlim keçdikdən sonra fəaliyyətə başlayacaqlar. Anonim mənbələr Kim Çen Inın 2014-cü ildə hərəmxana yaratmaq fikrinə düşündüyünü xəbər verir.
Vüqar İsmayılov