Modern.az

İçkili erməni jurnalist Şuşa məscidinin minarəsinə çıxdı - FOTOLAR

İçkili erməni jurnalist Şuşa məscidinin minarəsinə çıxdı - FOTOLAR

14 Aprel 2015, 21:14

“Turistik Ermənistan” jurnalının redaktoru Yelena Şuvayeva-Petrosyan bu yaxınlarda Dağlıq Qarabağa etdiyi səfər zamanı çəkdiyi fotoları dərc edib. Modern.az saytı xəbər verir ki, jurnalistin ən diqqətçəkən fotosu Şuşa məscidi ilə bağlıdır. Fotoşəkildə Şuşa məscidinin minarəsinə qalxan jurnalist “Allahın evi”nə daxil olmazdan qabaq içki içdiyini də yazmağı unutmayıb.

“Səhər çətin oyansaq da, “poxmel” tez keçdi. Məscidin minarəsindəyəm. Hər halda mollalar çox güclüdürlər! Hər gün bir neçə dəfə dar və qaranlıq yolla, dizin boyda pillələri qalxıb bura çıxmaq var! Maraqlıdır ki, pillələr minarəyə qalxdıqca, darlaşır və hündürlüyü artır. Hər addımda çətinliklə qalxırsan”-deyə jurnalist təəssüratlarını bölüşüb.      

Yelena Şuvayeva-Petrosyan Şuşadakı məscidin guya, rəsmi səviyyədə qorunduğunu desə də, baxımsız və ziyarətçisiz qalan ibadətgahın acınacaqlı durumda olduğu içkili erməni jurnalistinin fotolarından da hiss olunur.


Modern.az

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu