Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...
Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...
Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...
Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.
Budəfəki təqdimatımız Azərbaycanın xalq yazıçısı, sabiq deputat Maqsud İbrahimbəyovun oğlu Murad İbrahimbəyov barəsindədidir.
Maqsud İbrahimbəyov bir neçə gündən sonra - mayın 11-də yubiley yaşını, 80 illiyini qeyd edəcək.
Maqsud İbrahimbəyov Bakıda Azərbaycan Dövlət Politexnik İnstitutunun inşaat fakultəsini (1955-1960), Moskvada Ali ssenari kurslarını (1962-1964) və Ali rejissor kurslarını (1971-1973) bitirib.
O, bir müddət mühəndis, daha sonra jurnalistikada müxbir işləyib.
1985-2010-cu illərdə Azərbaycan Respublikası parlementinin deputatı olub.
Bədii yaradıcılığa 1960-cı illərdən başlayan nasir, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun dünyanın və Azərbaycanın müxtəlif jurnallarında romanları, povestləri, hekayələri dərc olunub. Bu əsərlərə missal olaraq «Bütün yaxşılıqlara görə ölüm», «Truskavetsə kim gedəcək», «Ondan yaxşı qardaş yox idi», «Qoy o bizimlə qalsın», «Bayquş gəldi», «Kərgədan buynuzu», «Axırı yaxşı qurtaran əhvalat» və başqalarını qeyd etmək olar. M.İbrahimbəyovun nəsr əsərləri 26 xarici dilə tərcümə olunub.
Müxtəlif mükafatlarla təltif edilmiş M.İbrahimbəyov Azərbaycanın “Şöhrət” və “İstiqlal” ordenlərinə də sahibdir.
Onun pyesləri müxtəlif illərdə tanınmış səhnə xadimlərinin quruluşunda və ifasında oynanılıb.
M.İbrahimbəyovun ssenariləri əsasında müxtəlif ölkələrdə 18 bədii və 7sənədli film çəkilib. Onlardan «Bizim Cəbiş müəllim», «Uşaqlığın son gecəsi», «Yarımçıq qalmış serenada», «Truskavetsə kim gedəcək?», «Gözəl bir gündə», «Sonunucu intervü», «Bayquş gəldi», «Qızıl reys», «Axırı yaxşı qurtaran əhvalat», «Bakı müharibə illərində» filmləri ölkə kinematoqrafiyasının qızıl fonduna daxil olub.
Hazırda Azərbaycan “Əsilzadələr Məclisi”nin adlı ictimaui təşkilata sadrlik edən M.İbrahimbəyov iki dəfə ailə həyatı qurub.
Birinci evlilikdən onun bir oğlu dünyay gəlib. Maqsud İbrahimbəyov ikinci dəfə Pribaltikdan olan model Anna Yuryevna ilə ailə həyatı qurub və hazırda onunla birlikdə yaşayır.
Murad Maqsud oğlu İbrahimbəyov 12 mart 1965-ci ildə Bakıda doğulub. Bu yaxınlarda 50 illik yubileyini qeyd edib. Murad hələ məktəbli ikən hekayələr yazıb, ədəbi nəşrlərdə çap etdirib. Orta təhsilini başa vurduqdan sonra böyüdüyü ab-havanın təsirilə o, Rusiya Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Sergey Gerasimovun kursunda təhsil alan Murad İbrahimbəyov hərbi xidmətdən qayıtdıqdan sonra İqor Talankinin emalatxanasında məşğul olub.
Ssenarist və rejissor Murad İbrahimbəyov kinodakı fəaliyyəti dövründə "Qızıl buğaların valsı", "Gənc qadın üçün kişi", "Olmuş hadisə" kimi tammetrajlı, "Dundukley", "Bir nəfər hamı üçün" kimi qısametrajlı filmlər çəkib.
Atasının povesti əsasında çəkdiyi "Gənc qadın üçün kişi" filmi ABŞ, Latın Amerikası, Misir, Bolqarıstan, Polşa, Fransa, İspaniya və Türkiyədə keçirilən kinofestivallarda nümayiş etdirilərək, müəllifinə bir sıra mükafatlar qazandırıb. Bundan başqa, rejissor ötən əsrin 95-96-cı illərində "İlin rejissoru" kimi, Rusiyanın "Yaşıl alma, qızıl yarpaq" mükafatına, "Kinoşok"un və kinotənqidçilərin "Ədəbiyyat və kino" festivalının mükafatlarına layiq görülüb.
Əsasən komediya janrında işləyən rejissor Murad İbrahimbəyov özünü heç də bir istiqamətin nümayəndəsi saymır. O, müxtəlif reklam çarxları da işləyib. Murad İbrahimbəyovun fikrincə, reklamı da öz səviyyənə uyğun lentə almalısan.
A.Qorxmaz
**
Həmçinin oxu:
Tağı Əhmədovun hakim oğlu
//modern.az/articles/49878/1/
Fuad Musayevin diplomat oğlu
//modern.az/articles/49922/1/
Zeynəb Xanlarovanın məmur oğlu
//modern.az/articles/50188/1/
Yazıçı Anarın səfir oğlu
//modern.az/articles/50363/1/
Ramiz Rövşənin müəllim oğlu
//modern.az/articles/50575/1/
Oqtay Şirəliyevin bankir oğlu
//modern.az/articles/50894/1/
Misir Mərdanovun filoloq qızı
//modern.az/articles/51132/1/
Əvəz Ələkbərovun maliyyəçi oğlu
//modern.az/articles/51369/1/
Məleykə Abbaszadənin hüquqşünas qızı
//modern.az/articles/52815/1/
Ziyad Səmədzadənin iqtisadçı oğlu
//modern.az/articles/53115/1/
Amaliya Pənahovanın səfir oğlu
//modern.az/articles/53904/1/
Polad Bülbüloğlunun musiqiçi oğlu
//modern.az/articles/53963/1/
Vasif Talıbovun oğlanları - FOTOLAR
//modern.az/articles/54638/1/
Nazim İmanovun diplomat oğlu
//modern.az/articles/54901/1/
Aslan İsmayılovun hüquqşünas oğlu
//modern.az/articles/55364/1/
Elçin Əfəndiyevin hüquqşünas qızı
//modern.az/articles/55796/1/
Allahşükür Paşazadənin filosof qızı
//modern.az/articles/56061/1/
Ramiz Mehdiyevin professor qızı
//modern.az/articles/56459/1/
//modern.az/articles/57209/1/
Kəmaləddin Heydərov və kiçik oğlu
//modern.az/articles/57885/1/
Kamal Abdullanın prorektor oğlu
//modern.az/articles/58458/1/
Sabir Əhmədlinin şəhid oğlu
//modern.az/articles/58734/1/
Şəfiqə Məmmədovanın kinoşünas oğlu
//modern.az/articles/59187/1/
Mirşahin Ağayevin uşaqları - oğlanları və qızı
//modern.az/articles/59971/1/
Oqtay Şirəliyevin telejurnalist qızı - FOTOLAR
//modern.az/articles/63033/1/
Çingiz Abdullayevin hüquqşünas qızı - FOTO
//modern.az/articles/63426/1/
Səməd Seyidovun doktorant oğlu - FOTO
//modern.az/articles/64545/1/
Cahangir Əsgərovun sənətşünas qızı - FOTO
//modern.az/articles/65112/1/
Rövnəq Abdullayevin oğlu - FOTO
//modern.az/articles/65480/1/
Əbülfəs Qarayevin menecer qızı -FOTO
//modern.az/articles/66914/1/
Elman Rüstəmovun modelyer qızı - FOTOLAR
//modern.az/articles/67761/1/
Hafiz Paşayevin maliyyəçi oğlu - FOTO
//modern.az/articles/70502/1/
Mir Cəlal Paşayevin dosent qızı - FOTO
//modern.az/articles/71109/1/
Elçin Əfəndiyevin diplomat qızı - FOTO
//modern.az/articles/71465/1/
Elmar Məmmədyarovun oğulları - FOTO
//modern.az/articles/71879/1/
Əli Nağıyevin hüquqşünas qızı - FOTO
//modern.az/articles/72554/1/
Eldar Mahmudovun yazar qızı – FOTO
//modern.az/articles/74356/1/
Azad Rəhimovun menecer oğlu – FOTO
//modern.az/articles/76420/1/