Modern.az

Rövşən Bayramov bürünc medal qazana bilməyib

Rövşən Bayramov bürünc medal qazana bilməyib

15 Avqust 2016, 00:42

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rövşən Bayramov bürünc medal görüşünə çıxıb. Modern.az saytı xəbər verir ki, bürünc medal uğrunda mübarizə aparan Rövşən Bayramovun rəqibi norveçli Stiq-Andre Berge olub. Bu görüşü də məğlub başa vuran Rövşən Bayramov bürünc medal qazana bilməyib.

Qeyd edək ki, turnirdə 59 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxan R.Bayramov 1/8 finaldakı rəqibi Venesuela güləşçisi Rayber Xose Rodrigez Orozko ilə görüşüb.  R.Bayramov rəqibini məğlub edərək 1/4 final mərhələsinə adlayıb. Rövşən Bayramov 1/4 final mərhələsində ABŞ təmsilçisi Xese David Telke üzərində 9:0 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib. Rövşən Bayramov yarımfinalda yaponiyalı rəqibi Şinobu Ota ilə görüşdən məğlub ayrılıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir