Modern.az

Şəmkirdə 6-cı sinif şagirdi məktəbin həyətində öldü

Şəmkirdə 6-cı sinif şagirdi məktəbin həyətində öldü

Aktual

5 Aprel 2018, 17:40

Şəmkirdə məktəbin həyətində ölüm hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çənlibel kəndində olub.

Kənd sakini, 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlu məktəbin həyətində yoldaşları ilə oynayan zaman anidən yerə yıxılıb. Dərhal həkim çağırılsa da, onun dünyasını dəyişdiyi məlum olub. Ölümün səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı