Modern.az

İran Suriyadan çıxmaq üçün şərtlərini AÇIQLADI

İran Suriyadan çıxmaq üçün şərtlərini AÇIQLADI

Aktual

4 Avqust 2018, 16:21

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Kasımi ölkəsinin Suriyadan çıxmasının şərtlərini açıqlayıb.

Modern.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, Kasımi İranın Suriyadan terrorizmlə mübarizənin bitməsindən sonra çıxacağını qeyd edib.

“Suriya hökuməti bunu istəyənə kimi biz bu ölkədə qalacayıq. Suriya hökumətinin istəyi ilə bizim əsas vəzifəmiz terrorizmlə mübarizə olub” – Kasəmi bəyan edib.

Onun sözlərinə görə Suriyada stabillik müəyyən mənada bərpa edildikdən və terrorizm sonlandırıldıqdan sonra İran bu ölkəni tərk edə bilər.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı