Modern.az

Nabrana istirahətə gələn ailə qəzaya düşdü: 5 yaralı

Nabrana istirahətə gələn ailə qəzaya düşdü: 5 yaralı

Aktual

7 Avqust 2018, 21:12

Xaçmaz rayonunun Nabran kəndinə istirahətə gələn ailə qəzaya uğrayıb. Modern.az "Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan üçünün azyaşlı olduğu bildirilir. Xəsarət alanların kimliyi hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı