Modern.az

Luis Suarez: “Liverpul”a qol vursam, sevinmərəm”

Luis Suarez: “Liverpul”a qol vursam, sevinmərəm”

Aktual

7 May 2019, 10:57

Çempionlar Liqası yarımfinalının revanş matçında bu gün “Liverpul”a qonaq olacaq “Barselona”nın forvardı Luis Suarez açıqlama verib.

Modern.az  xəbər verir ki, Suarez ilk matçda “Liverpul”a qol vurub və sevinməyi ilə bağlı belə deyib:
”Əgər Enfilddə qol vursam, sevinmərəm. Futbolu bilənlər ilk matçda sevinməyimi normal qarşıladılar. ”Liverpul” azerkeşlərinə hörmət edirəm. Qol vursam  onların önündə sevinməyəcəm”.

Salah və Firminyonun yoxluğunu dəyərləndirən Surez “Liverpul”da vacib zədəli oyunçular var, ancaq bu, planımızı dəyişdirməyəcək. Onlara hörmət edirik”.

Enfilddə protest ediləcəyinə inanmadığını deyən forvard “burda məhtəşəm illər keçirdim və buna görə də protest yox, alqışlanacağımı düşünürəm”.

Qeyd edək ki, Surez ilk oyunda “Liverpul”a 1 qol vurub.

Novruz NOVRUZLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı