Modern.az

Qərb bölgəsində 6 mindən çox abonentin qaz təchizatı yaxşılaşdırılır

Qərb bölgəsində 6 mindən çox abonentin qaz təchizatı yaxşılaşdırılır

Aktual

1 İyun 2021, 14:28

Gəncə şəhəri, Tovuz və Göygöl rayonlarında 6 mindən çox abonentin qaz təchizatı yaxşılaşdırılır

 

Abonentlərin təbii qazdan rahat və daha əlçatan şəkildə istifadə etməsi “Azəriqaz” İstehsalat Birliyinin əsas prioritet hədəflərindən biridir. Bu məqsədlə Birlik tərəfindən 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir.

 

 “Azəriqaz”dan Modern.az-a bildirilib ki, Tovuz rayonunun Əlibəyli və Yuxarı Öysüzlü kəndlərini mavi yanacaqla təmin edən istismar müddəti başa çatmış polad boru ilə çəkilmiş qaz xətti 3 200 metr uzunluğunda polietilen boru ilə əvəzlənir. Görülən işlər çərçivəsində sərhəd bölgəsində yaşayan 2700 abonentin qaz təchizatı xeyli yaxşılaşacaq. 

 

Gəncə şəhərində Birliyin Təmir-Tikinti İdarəsi tərəfindən pərakəndə şəkildə çəkilən qaz xətləri diametri 225 mm olan vahid polietilen boru ilə çəkilən qaz xətti ilə əvəzlənir. 2300 metr uzunluğunda yeni qaz xətti hazır olduqdan sonra təkcə Gəncə şəhəri deyil, Göygöl rayonunun da bir hissəsindəki 3500-ə qədər abonent mavi yanacaqdan dayanıqlı şəkildə istifadə edə biləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı