Modern.az

“Belarus Qərbə qarşı Rusiya ilə birgə hərəkət edəcək” - Lukaşenko

“Belarus Qərbə qarşı Rusiya ilə birgə hərəkət edəcək” - Lukaşenko

Aktual

1 İyun 2021, 17:12

Belarus prezidenti Aleksandr Lukaşenko Qərbin ölkəsinə qarşı tətbiq etdiyi sanksiya və hücumlara qarşı Rusiya ilə birlikdə hərəkət edəcəyini bildirib.

 

Modern.az xəbər verir ki, Lukaşenko bu barədə jurnalistlərə Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşünün təfərrüatları barədə danışarkən deyib.

Belarus ilə Rusiya arasında müdafiə sənayesi əməkdaşlığı və silah tədarükü ilə bağlı qarşılıqlı anlaşmanın olduğunu qeyd edən Lukaşenko bildirib ki, görüşdə hər hansı hərbi bazanın yaradılması barədə danışıqlar aparılmayıb:

“Hər hansı bir hərbi bazanın yaradılması və hərbi hissənin daimi yerləşdirilməsi barədə danışıqlar aparılmadı. Bu məsələ heç vaxt gündəmə gətirilməyib. Bizim də buna ehtiyacımız yoxdur. Rusiya hər zaman Belarusun tərəfindədir”.

 


Aysel Məhərrəm

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı