Modern.az

İcra başçısı və deputat şəhid ailələrinə, qazilərə baş çəkib

İcra başçısı və deputat şəhid ailələrinə, qazilərə baş çəkib

Aktual

1 İyun 2021, 19:03

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Millət vəkili Anar Məmmədov şəhid ailələrinin, qazilərin uşaqlarını 1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi günü münasibəti ilə təbrik etdilər.

Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub. İcra baçısı və Millət vəkili tərəfindən uşaqlara hədiyyələr təqdim olundu.

Ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım  Əliyevaya öz təşəkkürlərini ifadə ediblər.

               

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı