Modern.az

İran Rusiya ilə razılığa gəldi

İran Rusiya ilə razılığa gəldi

مورد توجه

2 İyun 2021, 08:12

Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik Alexander Fomin Moskvada keçirilən görüşdə İran Silahlı Qüvvələrinin Müdafiə və Dəstək nazirinin müavini briqada generalı Xocatolla Koreyşi ilə ikitərəfli əməkdaşlığı müzakirə edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

 

Bildirilib ki, tərəflər ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər: "Regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb".

 

Məlumata əsasən, tərəflər "dialoqun dərinləşməsinə və müdafiə sahəsində əlaqələrin inkişafına sadiq olduqlarını təsdiqlədilər".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı