Modern.az

Vətən Müharibəsi Qəhrəmanının büstü hazırlandı - FOTOLAR

Vətən Müharibəsi Qəhrəmanının büstü hazırlandı - FOTOLAR

Aktual

3 İyun 2021, 08:30

Vətən Müharibəsi Qəhrəmanı Amid Rəbbil oğlu Heydərovun büstü hazırlanıb.

 

Modern.az xəbər verir ki, büstün müəllifi Rahib Qarayev əsərinin fotolarını sosial şəbəkə hesabında paylaşıb.

 

Qeyd edək ki, Amid Heydərov 1988-ci ildə Lerikdə anadan olub. Mayor A.Heydərov oktyabrın 3-də Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

 

Şəhid zabitimizə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Bundan başqa o, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Xatırladaq ki, heykəltaraş R.Qarayev Azərbaycan Rəssamlıq Akademiyasının müəllimidir. O, bundan öncə Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin müəlliflərindən biri olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı