"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin təşkilatçılığı ilə Novamed Tibb Mərkəzində Ukraynadan dəvət olunmuş həkim ekspertlər tərəfindən 40-a yaxın qazimiz müayinə olunub.
Modern.az xəbər verir ki, qazilərin tibbi müayinəsi, həkim qəbulu, laborator analizlər və digər bütün tibbi xidmətlər pulsuz təşkil olunub.
Tibbi aksıyada çıxış edənlər bildiriblər ki, Birlik tərəfindən davamlı olaraq Şəhid ailələrinə və qazilərə bu cür əhəmiyyətli dəstək həyata keçiriril ki, bunda da əsas məqsəd ölkəmizin həssas təqbəqəsinin sağlamlığının vacibliyini düşünməkdir.