Modern.az

Türkiyənin koronavirusa qarşı peyvəndi: TURKOVAC

Türkiyənin koronavirusa qarşı peyvəndi: TURKOVAC

Aktual

7 Sentyabr 2021, 18:26

Türkiyədə koronavirusa qarşı yerli TURKOVAC vaksininin yaxın aylarda kütləvi istehsalına başlanması planlaşdırılır.

 

Modern.az-ın məlumatına görə, hazırda ölkədə vaksinin kliniki sınaqlarının üçüncü mərhələsi davam edir.

 

Qeyd olunub ki, üçüncü mərhələdə 650 könüllü iştirak edir.

 

Bu günədək vaksin 46 nəfərə vurulub və hər hansı yan təsir müəyyən edilməyib.

 

Mütəxəssislər TURKOVAC-ın qış aylarınadək kütləvi istehsalına başlanacağını bildirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı