21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Modern.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı yığmamız A qrupundakı ikinci matçında səfərdə Avstriya ilə üz-üzə gəlib.
“Kayne Zorgen Arena”da baş tutan qarşılaşma yığmamızın növbəti məğlubiyyəti ilə nəticələnib. Komandamız bu dəfə 6 cavabsız qola üzülüb.
Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk görüşündə səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub.