Modern.az

Qohumu tərəfindən zəncirlənən qadının yeni FOTOSU

Qohumu tərəfindən zəncirlənən qadının yeni FOTOSU

Aktual

28 Yanvar 2022, 23:26

Bir il əvvəl qohumu tərəfindən zəncirlənərək qapalı yerdə saxlanılan qadının yeni fotosu yayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov sosial şəbəkə hesabında paylaşım edib.

 

“Səkinə nənəni xatırlayırsınız? Ötən il qohumu tərəfindən bağlı formada saxlanıldığı üzə çıxmışdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən aidiyyatı sosial xidmət müəssisəsinə yerləşdirilmişdi. Hələ o vaxt onun vəziyyətini davamlı diqqətdə saxlayacağımızı demişdik. Bu gün 88 yaşlı Səkinə nənəni otağında ziyarət etdik. Yaxşıdır”, - qurum rəsmisi bildirib.

 

Xatırladaq ki, hadisə ötən il Gədəbəy rayonun İvanovka kəndində baş vermişdi. Kənd sakini, 1934-cü il təvəllüdlü Səkinə Həsənova qohumları tərəfindən zəncirlənərək qapalı yerdə saxlanılırdı.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı