Modern.az

Beynəlxalq Türk Akademiyası Türkiyə XİN-lə əməkdaşlıq edəcək

Beynəlxalq Türk Akademiyası Türkiyə XİN-lə əməkdaşlıq edəcək

Aktual

29 Yanvar 2022, 10:17

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Xarici təbliğat və mədəni əlaqələr üzrə baş direktoru Deniz Çakarla görüşüb.

Modern.az-ın məlumatına görə, görüşdə Türk Akademiyası və Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Füzuli Məcidli Akademiyanın fəaliyyəti və gələcək planları haqqında məlumat verib.

Öz növbəsində Türkiyə XİN rəsmisi Deniz Çakar Akademiyanın fəaliyyətinə bundan sonra da dəstəklərini davam etdirəcəklərini bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı