Türkiyə kinosuna daha bir ağır itki üz verib.
Modern.az xəbər verir ki, bir çox filmlərdə ana rollarına həyat verən ünlü aktrisa Diler Saraç qaraciyər xərçəngindən vəfat edib.
Bu barədə D.Saraçın qızı Flora Trakyalı sosial media hesabından məlumat yayıb.
Diler Saraç 1937-ci ildə İzmirdə anadan olub. Karşıyaka liseyini, orta məktəbi bitirib. 1962-ci ildə “Səs” jurnalının Rəssamlar müsabiqəsində iştirak edib, aktyorluğa başlayıb. 200-dən çox film və serialda rol alıb.