Modern.az

Bu günün hava PROQNOZU

Bu günün hava PROQNOZU

Aktual

30 Yanvar 2022, 09:25

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

 

ETSN Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 0-2° isti, gündüz 8-11° isti olacaq. Bakıda gecə 0-2° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı