Koronavirusa yoluxmaların artması səbəbindən bağlanan Tiflisin "Qızıl Birjası" fevralın 1-dən fəaliyyətini bərpa edəcək.
Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə "Golden Exchange"nin direktoru Eter Kipiani məlumat verib.
Xatırladaq ki, yanvarın 23-də koronavirusa yoluxma hallarının artması səbəbilə "Qızıl Birjası" bağlanmışdı.