Modern.az

Ermənistandan yeni geosiyasi reallığa uyğunlaşmağı gözləyirik

Ermənistandan yeni geosiyasi reallığa uyğunlaşmağı gözləyirik

Aktual

31 Yanvar 2022, 10:00

Azərbaycan öz ərazilərini işğaldan azad etməklə yalnız ədaləti bərpa etməyib, Cənubi Qafqazda sülh, sabitlik və inkişafa geniş yol açan yeni reallıq yaradıb.

 

Modern.az-ın məlumatına görə, bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və BMT-nin Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.

 

O bildirib ki, Azərbaycan və Ermənistanın sülh şəraitində yaşamasına alternativ yoxdur:

 

“Azərbaycan nümayiş etdirir ki, sülhə hazırdır. Azərbaycan gələcəkdə yeni müharibə, dağıntıları istisna edir”.

 

Birinci vitse-prezidentin köməkçisi qeyd edib ki, regionun inkişafı Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli bəyanatlarında əksini tapan məsələlərin yerinə yetirilməsindən keçir. O qeyd edib ki, Azərbaycan Ermənistandan siyasətini yeni geosiyasi reallığa uyğunlaşdırmağı gözləyir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı