Modern.az

“Azəriqaz” Şəkidə “Açıq mikrofon” aksiyası keçirəcək

“Azəriqaz” Şəkidə “Açıq mikrofon” aksiyası keçirəcək

Aktual

31 Yanvar 2022, 17:39

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

 

“Azəriqaz”dan Modern.az-a verilən məlumata görə, bu dəfə Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Şəki şəhərində təşkil olunacaq. "Azəriqaz" İB-nin rəhbər şəxsləri Şəki şəhəri, Sabit Rəhman küçəsi 9 (M.F.Axundov adına mədəniyyət və istirahət parkı) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

 

“Səyyar qəbul otağı” fevralın 2-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı