Modern.az

Sosial xidmət göstərilən ən yaşlı vətəndaş 110 YAŞINDADI

Sosial xidmət göstərilən ən yaşlı vətəndaş 110 YAŞINDADI

Aktual

1 Fevral 2022, 11:55

Evdə sosial-məişət xidməti göstərilən tənha ahıl və əlilliyi olan vətəndaşların sayı 4941 nəfərdir.

 

Modern.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun ötən ilin yekunları və qarşıda duran hədəflərə dair mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, hazırda 3885 nəfəri qadın, 1056 nəfəri kişi olmaqla 4941 nəfər tənha ahıl və əlilliyi olan vətəndaşa evdə sosial-məişət xidməti göstərilir:

 

"Həmin vətəndaşlardan 4326 nəfəri ahıl, 615 nəfəri isə 70 yaşdan aşağı olan, tənha yaşayan şəxslərdir. Evdə sosial-məişət xidməti göstərilən 4941 vətəndaşın 821 nəfəri əlilliyi olan şəxslərdir".

 

Nazirlik rəsmisi qeyd edib ki, Sosial Xidmətlər Agentliyi tərəfindən evdə xidmət göstərilən ən yaşlı vətəndaşın 110 yaşı var:

 

"Bu 1912-ci il təvəllüdlü Qazaxın kəmərli kənd sakini İsgəndərova Leyla Cahangir qızıdır". 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı