Modern.az

Ermənistan müxalifəti dillema qarşısında: prezident seçkisində iştirak etsin, etməsin...

Ermənistan müxalifəti dillema qarşısında: prezident seçkisində iştirak etsin, etməsin...

Güncel

1 Fevral 2022, 12:35

Ermənistanda parlament müxalifəti çətin dilemma qarşısındadır: parlament çoxluğu ya seçilməyəcəyini bilə-bilə prezidentliyə namizəd irəli sürməli, ya da eyni əsaslandırma ilə namizəd irəli sürməməlidir. 

Modern.az xəbər verir ki, “Hraparak” qəzetinin yazdığına görə, müxalifət seçkilərdə iştirak etməsə, tənqidlərə əsas vermiş olacaq

““Mənim şərəfim var” fraksiyası, deyəsən qərara gəlib ki, nə olursa olsun, öz namizədini irəli sürməyəcək, amma “Ermənistan” bloku irəli sürərsə, müxalifətin namizədini dəstəkləyəcəklər. David Arutyunyanın namizədliyi bu yaxınlarda Respublika Partiyasında müzakirə olunsa da, o, razılaşmayıb və prosesin nəticəsinin əvvəlcədən bəlli olduğu sahəyə girməməyi tövsiyə edib. “Ermənistan” bloku hələlik yekun qərarını verməyib”, – qəzet yazır.

Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün prezident Armen Sarkisyanın səlahiyyətlərinə xitam verilməsi haqqında protokol imzalayıb.


Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini bəyan edib. 
 

Parlamentin spikeri Alen Simonyan müvəqqəti olaraq dövlət başçısının səlahiyyətlərini icra edəcək. İndi deputatların yeni prezidenti seçmək üçün minimum 25, maksimum 35 gün vaxtı var. Bu vəzifəyə namizədləri həm iqtidar, həm də müxalifət təklif edə bilər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı