"Rusiya Azərbaycandan erməni əsirlərin qaytarılması üçün fəal işi davam etdirir"
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
"Əsirlərin, məhbusların qaytarılması prioritet məsələlərdən biridir. Bu istiqamətdə mütəmadi olaraq işlər aparılır. Xüsusilə, sülhməramlı kontingentimizin keçmiş komandiri, hazırda Cənub Hərbi Dairəsinin komandirinin müavini olan general Muradov çox fəaldır”, - Kopırkin bildirib.
Səfir əlavə edib ki, Muradov hər iki tərəflə mövcud əlaqələri nəzərə alaraq fəaliyyətini davam etdirir.
Bundan əlavəl, Kopırkin proseslərin istədikləri kimi sürətlə getməməsinə baxmayaraq, işlərin yekunlaşacağına əminliyini ifadə edib.
Diplomat hesab edir ki, Rusiya müharibənin nəticələrinin aradan qaldırılmasına və sülh şəraitinin yaradılmasına böyük əhəmiyyət verir.
Kopırkin onu da əlavə edib ki, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti həll etmək üçün indi qarşıda duran vəzifə birgə delimitasiya komissiyasının yaradılmasıdır.