Modern.az

Axtarışda olan 218 nəfər sərhəddə tutuldu

Axtarışda olan 218 nəfər sərhəddə tutuldu

Актуально

1 Fevral 2022, 16:56

2022-ci ilin ilk ayı ərzində hüquq-mühafizə qurumlarının axtarışında olan 218 nəfər dövlət sərhədindən buraxılış məntəqələrində saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.

 

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

 

Bildirilib ki, eyni müddətdə ölkədən çıxışı qadağan olan 265 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 11 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb. Həmçinin dövlət sərhədindən buraxılış mәntәqәlәrindә rejim qaydalarının kobud şәkildә pozulması ilə əlaqədar 3 halda 3 nәfәr saxlanılaraq müvafiq qurum­lara təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı