Modern.az

Narkoman sürücü saxlanıldı

Narkoman sürücü saxlanıldı

Güncel

1 Fevral 2022, 19:47

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2121” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Lerik rayon sakini R.Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o polis şöbəsinə gətirilib və müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

 

Müayinənin nəticəsinə əsasən R.Məmmədovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

 

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı