Bu gün Azərbaycanda 2021/22 mövsümünün ikinci yarısı start götürüb.
Modern.az xəbər verir ki, ilin ilk oyunları ölkə kubokuna təsadüf edib.
1/4 final mərhələsinin ilk oyunları Bakıda baş tutan iki matçla keçirilib. Öncə çempionatın lideri “Qarabağ” kubokun son qalibi “Keşlə” ilə qarşı-qarşıya gəlib. "Qarabağ" 1:0 hesabı ilə qələbə qazanıb.
Günə “Neftçi”nin ev matçı ilə yekun vurulub. Komanda “Sabah”ı qəbul edib. Oyun 1:1 yekunlaşıb.
Bu cütlüklərdə cavab oyunları fevralın 11-12-də keçiriləcək.
Qeyd edək ki, 1/4 finalın “Zirə” – “Səbail” və “Sumqayıt” – “Qəbələ” matçları sabah keçiriləcək.