Modern.az

Ağcabədidə ağır qəza - Baba və nəvə öldü

Ağcabədidə ağır qəza - Baba və nəvə öldü

Aktual

2 Fevral 2022, 14:00

Ağcabədidə iki nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Aran-Bəhramtəpə magistral yolunda qeydə alınıb.

 

Magistralın rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsində "VAZ-21011" markalı minik maşını eyni hərəkət istiqamətində olan, İran İslam Respublikası vətəndaşına məxsus qoşqulu yük maşınına çırpılıb.

 

Qəza nəticəsində minik maşınında olan baba və nəvə aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Onlar, Ağcabədi rayon Təzəkənd sakinləri Qasımov Cahid Camal oğlu və Qasımov Camal Cahid oğludur.

 

Faktla bağlı araşdırma başlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı