"Pandemiyanin nəzarət altına alınmasının tək yolu vaksinasiyadır. Çünki vaksin vurduran şəxslər xəstəliyə yoluxsa da, bunu yüngül keçirmiş olacaqlar".
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq İlqar Tahiroğlu "Ürək-damar xəstəlikləri və COVID-19" mövzusunda çıxışında deyib.
O bildirib ki, ürək-damar xəstəlikləri olan bütün şəxslər də vaksin vurdurmalıdır:
"Vaksin olunmayan xəstələrdə xəstəlik ağır keçir. Xüsusi bir vəziyyət yoxdursa, mütləq vaksin vurulmalıdır".