Modern.az

AccessBank  ötən il 472 sahibkara dəstək olub

AccessBank  ötən il 472 sahibkara dəstək olub

Aktual

2 Fevral 2022, 15:30

AccessBank Sahibkarlığın İnkişaf Fondu (SİF) ilə 2021-ci ildə sıx əməkdaşlıq etmiş kredit təşkilatları arasında ilk üçlükdə yer alır. Fond ötən il ümumilikdə 44 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edib.

 

AccessBank-ın Sahibkarlığın İnkişaf Fondu ilə birgə əməkdaşlığının nəticəsi olaraq, Bank 2021-ci ildə ümumilikdə 472 layihənin maliyyələşdirilməsinə  dəstək verib. Bunlardan ümumi məbləği 7 milyon manat olan 324 layihə güzəştli kreditləri əhatə edib. Kredit tələbatı 22,5 milyon manat olan 148 layihəyə isə SİF-in dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində 10,1 milyon manat dövlət zəmanəti verilib.

 

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.

 

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin //www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı