Modern.az

Tovuz “Gənclər Paytaxtı” elan edildi

Tovuz “Gənclər Paytaxtı” elan edildi

Aktual

2 Fevral 2022, 17:00

Bu gün Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumunda Azərbaycanın növbəti "Gənclər Paytaxtı"nın adı elan edilib.

 

Modern.az xəbərinə görə, püşkatmanın nəticəsinə əsasən Tovuz 2022-ci il üçün Azərbaycanın "Gənclər Paytaxtı" elan olunub.

 

Qeyd edək ki, 2012-ci ildən hər il paytaxt Bakı istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri "Gənclər Paytaxtı" elan olunur.

 

Əvvəllər Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı, Göygöl şəhər və rayonları Azərbaycanın "Gənclər Paytaxtı" olmuşdu.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı