Modern.az

7 günlük karantindən sonra yoluxduruculuq BİTİR?

7 günlük karantindən sonra yoluxduruculuq BİTİR?

Aktual

2 Fevral 2022, 17:48

Virusa yoluxmuş şəxsin yeddi günlük təcriddən sonra ətrafındakıları hansı hallarda yoluxdura bilməsi məsələsinə də aydınlıq gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat verən Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov bildirib ki, hazırda 10 nəfərdən 9-u 7 gündən sonra ətrafı yoluxdurmursa, biz 7 günlük karantini qəbul etməyə məcburuq:

 

"Onların arasında bir nəfər ola bilsin ki, 10 və ya 15-ci gününə qədər ətrafı yoluxdura bilər. Bununla bağlı əsas tövsiyələr bundan ibarətdir ki, heç bir şikayət olmadığı təqdirdə virus yükü 5 gündən sonra yoluxduruculuq qabiliyyətini itirir və 7 günə qədər qorunmaq lazımdır. Əgər şikayətlər davam edərsə belə, 7 gündən sonra yoluxduruculuq qabiliyyəti çox aşağıdır. Belə olduqda çölə çıxa bilərsiniz, ancaq insanlarla məsafəni saxlamalı, maska taxmalısınız. Sizə sadəcə 7 gün qapanma məsləhət görülür. Çünki bundan sonra demək olar ki, yoluxdurmaq şansınız 0-a yaxınlaşır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı