Modern.az

Prezident Polad Həşimovun qızı ilə danışarkən kədərləndi - VİDEO

Prezident Polad Həşimovun qızı ilə danışarkən kədərləndi - VİDEO

Aktual

2 Fevral 2022, 22:50

Bu gün Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Prezident İlham Əliyev Forumda iştirak edib.

 

Modern.az xəbər verir ki, Forumda dövlət başçısı gənclərin suallarını cavablandırıb.

 

Ölkə rəhbərinə müraciət ünvanlayanlar arasında Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun qızı, Azərbaycan Tibb Universitetinin birinci kurs tələbəsi Aybəniz Həşimova da olub.

 

“Milli Qəhrəmanımız müharibədən əvvəl öz canını Vətən uğrunda fəda etmişdir. Qəhrəmancasına həlak olmuşdur. Müharibədən əvvəl Qəbələ şəhərində olarkən yoldan keçirdim, bir çox tədbirlər vardı. Gördüm ki, bir binanın üzərində onun portreti asılıb. Mən maşını dayandırdım, gəldim onun portreti önündə Azərbaycan xalqına həm onun haqqında, həm də gələcək haqqında öz sözlərimi dedim”, - Prezident çıxışında vurğulayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı