Modern.az

DSX azad edilmiş ərazilərdə 19 hərbi hissə açıb

DSX azad edilmiş ərazilərdə 19 hərbi hissə açıb

Aktual

3 Fevral 2022, 13:36

2021-cu ildə Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən işğaldan azad edilmiş ərazilərdə 19 yeni hərbi hissə kompleksi fəaliyyətə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində məlumat verilib.

 

"Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları ərazisindən və Laçın rayonunun bir hissəsindən keçən sahəsində 104 sərhəd-döyüş məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlanılıb.

 

Azərbaycan-Ermənistan dövlət sərhədində "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri fəaliyyətə başlamış, "Füzuli" beynəlxalq hava limanında sərhəd nəzarətinin təşkili üzrə tədbirlər görülüb, İAMAS-ın stasionar və səyyar iş yerləri yaradılıb.

 

İşğaldan asaz edilmiş ərazilərdə 73,8 km məsafədə yeni yol çəkilib, 121,4 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib" - deyə məlumatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı