Modern.az

Rusiya konsulluğunda bomba həyəcanı

Rusiya konsulluğunda bomba həyəcanı

Aktual

5 Mart 2022, 16:30

Niderlanddakı Rusiya konsulluğunun binasına müvəqqəti partlayıcı qurğu atılıb, lakin xoşbəxtlikdən partlayıcı işə düşməyib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı səfir Aleksandr Şulqin açıqlayıb.


O əlavə edib ki, bu, son vaxtlar rus diplomatlarına qarşı yeganə düşmənçilik hərəkəti deyil.

 

"Səfirliyə içərisində ağ toz olan məktublar daxil olub. Zərflər hərbi attaşeyə, səfirliyimizdəki üç yüksək vəzifəli diplomata və mənə ünvanlanıb", - o əlavə edib.

 

Şulqin vurğulayıb ki, bu cür təxribatların məqsədi Rusiya səfirliyinin əməkdaşlarına mənəvi təzyiq göstərməkdir. Diplomatik nümayəndəlik hərzamankı kimi işini davam etdirir.

 


Turqay Musayev

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı