Modern.az

Dünən baş verənlər: Yazıçı Anardan Lavrova kimi... – Modern.az-ın icmalı

Dünən baş verənlər: Yazıçı Anardan Lavrova kimi... – Modern.az-ın icmalı

Current

16 Mart 2023, 09:36

Martın 15-i Prezident İlham Əliyevin Ankaraya səfəri, Bakıda keçirilən beynəlxalq forum, azərbaycanlı məktəbli qızların Massaçusets Texnologiya İnstitutuna qəbul olması, qardaş Türkiyədə sel fəlakəti və digər mövzular gündəmdə olub.

 

Modern.az dünənin icmalını təqdim edir:

 

Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisinin əksəriyyəti müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır.

 

Azərbaycanlı şagirdlər Fidan Qarayeva və Dəniz Səttarlı Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology) birbaşa qəbul alıb.

 

Martın 15-i saat 00:10-dan 02:30-dək Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Dünən, həmçinin Prezidentin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Anar Rəsul oğlu Rzayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

 

Ötən gün Prezident İlham Əliyev Türkiyəyə səfər edib. Prezidentin Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Söhbət zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.

 

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymət müəyyənləşib. Bildirilib ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir. Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsilə həyata keçiriləcək.

 

Dünən eyni zamanda Finlandiya prezidenti Sauli Niinstönün Türkiyəyə səfər edəcəyi açıqlanıb. O, həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Niinistö bildirib ki, Ərdoğan martın 17-də Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Ankaranın mövqeyi barədə məlumat verəcək.

 

Britaniyanın "Economist" jurnalı Rusiyaya siyasi cəhətdən yaxın hesab edilən ölkələrin siyahısını açıqlayıb. Belə ki, Rusiyaya ən yaxın hesab edilən ölkə Belarusdur. Siyahıda ikinci yeri Ermənistan tutur

 

ABŞ müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı aparıb. Nazirlər Amerika PUA-sının Qara dənizə düşməsi ilə bağlı insidenti müzakirə ediblər. Pentaqon Rusiya qırıcılarının uçuşunu qeyri-peşəkar, təhlükəli və ehtiyatsız adlandırıb. Şoyqu hadisənin səbəbinin Amerikanın Rusiya Federasiyasının elan etdiyi uçuşa qadağa zonasına əməl etməməsi olduğunu bildiribDünən, həmçinin Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Millli ilə telefon danışığı aparıb.
 

Ukraynanın müdafiəsi üzrə təmas qrupunun növbəti toplantısı keçirilib. İclas başlamazdan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin açılış nitqi ilə çıxış edib və konfrans iştirakçıları qapalı toplantıya keçiblər.
 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Görüşdə taxıl sazişi müzakirə olunub

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

Əvəz Zeynallı hakim qarşısına ÇIXARILIR

Senatorlar Pentaqon rəhbərindən tələb edir: Ukraynaya F-16 verin!

10-cu Ramşteyn toplantısı: Öncəkilərdə nələr olub? - İCMAL

Dünyanı dəyişəcək texnologiya təqdim edildi

İslam dini Qərb üçün yad deyil - İhsanoğlu

Qarabağda yeni müharibə olacaqmı? - Gözləntilər nədir...

Demokratiya adı altında İslama qarşı mübarizə 

Makron getdi, Şolts gəldi... Brüssel prosesində alman patronajlığı

Kadırov digər qızına da vəzifə verdi

13 yaşı var, Azərbaycanda hamı ondan danışır - VİDEO

Rusiyada 125 min sayt, 17 beynəlxalq QHT bağlanıb

“Ümid edirəm ki, əsl sülh olacaq” - G20 Forumunun prezidenti Modern.az-a danışdı

Bu il Azərbaycanda amnistiya GÖZLƏNİLİR

MİT-ə qəbul olan ilk azərbaycanlı qız: “Bu, mənim üçün əlçatmaz idi”

İnsanlar bayramda özlərinə nəzarət edə bilmir - Səhiyyə Nazirliyi

Finlandiyanın NATO üzvlüyü bu tarixədək təsdiqlənəcək - İDDİA

Mağazadan alınan məhsulda qüsur varsa, nə etmək lazımdır?

Türkiyənin Azərbaycana siyasi dəstəyi ictimai rəydə

Hacı Şahin istəməzdi ki, məzarını ziyarətgaha çevirsinlər - Rektorla MÜSAHİBƏ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı